“Windows 10X” sistemi nə vaxt buraxılacaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |    

“Windows 10X” sistemi nə vaxt buraxılacaq?

"Microsoft" korporasiyasının iki ekrana malik qurğular üçün nəzərdə tutulan əməliyyat sistemi 2021-ci ilin yazında buraxılacaq. Bu barədə jurnalist, bloger Zak Boudenin "Twitter" səhifəsində deyilir.

Median.Az
ictnews.az-a istinadən bildirir ki, "Windows 10X" əməliyyat sisteminin sonuncu beta versiyası ilin sonunadək işıq üzü görəcək. Mütəxəssis qeyd edib ki, söhbət əməliyyat sisteminin kompüterlərə quraşdırılmaq üçün hazırlanan sınaq versiyasından (Release To Manufacturers - RTM) gedir. Əməliyyat sisteminin sonuncu versiyasının 2021-ci ilin yazında təqdim ediləcəyi gözlənilir.

Yayda "Microsoft" korporasiyasının iki ekrana malik qurğular üçün nəzərdə tutulan əməliyyat sisteminin təqdimatının təxirə salınması məlum olub. Yubanma sistemin təkmilləşdirilməsi və koronavirus pandemiyası ilə izah edilib. Blogerlər bildirib ki, "Windows 10X" 2021-ci ildən tez buraxılmayacaq. Həmçinin vurğulanıb ki, əvvəlcə sistemin bir ekrana malik kompüterlər üçün versiyası nümayiş olunacaq. Əməliyyat sisteminin tərtibatçılar üçün xüsusi versiyasının nümayişi fevralda baş tutub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            588 29.10.20 23:38