Azərbaycanda tədris prosesi dekabrın 1-dək distant qaydada olacaq - QƏRAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |    

Azərbaycanda tədris prosesi dekabrın 1-dək distant qaydada olacaq - QƏRAR

Nazirlər Kabineti xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilməsi ilə bağlı qaydalara dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov Qərara imza atıb.

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilsin.

2. Müəyyən edilsin ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu Qərarın 2-ci hissəsinə uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə müvafiq qərarlar qəbul edə bilərlər.

4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri bu Qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etsinlər.

5. Bu Qərar 2020-ci il dekabrın 1-dək qüvvədədir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            906 29.10.20 21:56