Türkiyə XİN-dən ermənilərin Bərdəyə hücumuna reaksiya » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |    

Türkiyə XİN-dən ermənilərin Bərdəyə hücumuna reaksiya

Ermənistanın ötən gün elan edilən atəşkəsə baxmayaraq, Azərbaycanda döyüş bölgəsindən uzaqdakı dinc əhalinin məskunlaşdığı ərazilərə qarşı davam edən hücumları bütün bəşəri və əxlaqi dəyərləri ayaq altına alır.

Bu barədə Türkiyə XİN-in Ermənistan ordusunun Bərdə şəhərinə raket zərbələri endirməsi ilə bağlı bəyanatında deyilib.

“Ermənistan silahlı qüvvələrinin bu gün axşam saatlarında Bərdə şəhərinə qarşı hücumunda biri iki yaşlı uşaq olmaq dörd dinc sakin həyatını itirib, 13 nəfər yaralanıb. Dünyasını dəyişən qardaşlarımıza Allahdan rəhmət, yaralılara təcili şəfa, bütün Azərbaycan xalqına başsağlığı diləyirik.

Ermənistanın bu qeyri-insani hücumunu ən sərt şəkildə qınayır, vicdan və məsuliyyət sahibi ölkələri Ermənistanın törətməyə davam etdiyi müharibə cinayətlərinə dur deməyə çağırırıq. Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə bu günə qədər elan edilən üş atəşkəs hər dəfə Ermənistan tərəfindən pozulmasına baxmayaraq, bu atəşkəs pozuntularına həmsədrlər tərəfindən heç bir reaksiya verilməməsini də anlamlı hesab edirik”, - deyə Türkiyə XİN-dən bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            519 27.10.20 21:56