Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:20 Bakıda çay evində dava: ölü və yaralılar var | 22:12 Sabah bir rayonda işıq olmayacaq | 22:00 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib | 21:47 Azərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər | 21:41 Şimali Kiprdə baş vermiş gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı həbs olunub | 20:11 Sergey Lebedev: "Azərbaycan 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik edəcək" | 20:00 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı | 19:38 Bakı-Sumqayıt yolu üçün yeni plan | 19:22 Sabah bu ərazidə işıq kəsiləcək | 19:00 Gürcüstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı | 18:54 İşçini müqaviləsiz çalışdıran turizm şirkətinə 23 min manatlıq cəza | 18:51 Azərbaycanda fabrik direktoru vəfat etdi | 18:32 SON DƏQİQƏ! DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı | 18:09 Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu | 18:02 Rekordlar qıran baş məşqçinin Azərbaycandan çıxışına qadağa qoyuldu | 17:54 Azərbaycanın Suriyaya ixracı 388 milyon dolları ötüb | 17:46 Həbsdən çıxandan sonra yenə oğurluğa qurşandı - Gəncədə samovar və təkər oğrusu tutuldu | 17:31 İslam Rzayevlə bağlı qərar verildi | 17:19 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı | 17:01 Lənkəranda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi

27.10.2020 13:42 2 661
Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in xəbərinə görə, qanuna təklif edilən dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olan vətəndaşlar bir qayda olaraq dövlət sirrinin daşıyıcıları olurlar.

Qanuna ediləcək dəyişiklikdən öncə vətəndaş könüllü olaraq zabit kimi xidmətə qəbul edildikdə 1 il 6 ay xidmət etdikdən sonra həmin xidmətdən tərxis ola bilirdi. Bu şəxslər (birbşa kadr zabit heyətinə könüllü daxil olanlar) hazırkı dəyişikliklə qiymətləndirmə yolu ilə birbaşa kadr zabit heyətinə keçirilirlər.

Yalnız zabit heyəti vəzifələrində (burada dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti əməkdaşları nəzərdə tutulur) təqvim hesabı ilə (hərbi vəzifə və hərbi xidmət haqqında) Qanunun 41.0.9-cu maddəsinə və (hərbi xidmət keçmə haqqında” əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq azı 10 il xidmət etdikdə ehtiyata buraxıla bilərlər.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

Son xəbərlər