Dağıstanın Qarabudaqkənd rayonunda “Sibir xorası” yayılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Dağıstanın Qarabudaqkənd rayonunda “Sibir xorası” yayılıb

Dağıstanın Qarabudaqkənd rayonunun Kakamahi kəndində beş yerli sakin “Sibir xorası” (“qarayara”) şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Lenta.ru-nun məlumatına görə, bu barədə Respublika Səhiyyə Nazirliyi məlumat verib.

Bütün xəstələr yerli xəstəxananın yoluxucu xəstəliklər şöbəsinin ayrı-ayrı bokslarında təcrid vəziyyətdə saxlanılıb.

İnfeksiya hadisələri 24-26 oktyabr tarixlərində qeydə alınıb. Hazırda risk altında daha 14 nəfərin olduğu vurğulanıb. Onlar səkkiz gün müddətində həkim müşahidəsində olacaqlar.

Eyni zamanda kənddə sakinlərin yoxlanılması davam edir.

“Sibir xorası” sonuncu dəfə Dağıstanda 2019-cu ilin oktyabrında qeydə alınıb.

“Qarayara” xüsusi təhlükəli xəstəlikdir. İnfeksiyaya yoluxanlarda intoksikasiya başlayır, dəri xoraları, ağciyər simptomları və qida zəhərlənməsi əlamətləri görünə bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            522 26.10.20 21:41