Ermənistan işğalı kənd təsərrüfatımıza 20 milyard manatdan çox zərər vurub » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |    

Ermənistan işğalı kənd təsərrüfatımıza 20 milyard manatdan çox zərər vurub

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tətqiqatlar Mərkəzinin hesablamalarına görə, Ermənistanın işğalı nəticəsində Azərbaycanın kənd təsərrüfatına 20 milyard manatdan çox zərər dəyib.

Bunu, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tətqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

O, işğaldan azad edilən rayonlarda kənd təsərrüfatının bərpası ilə bağlı görüləcək işlər barədə məlumat verib.

“Ümumi torpaqlar işğaldan azad oldduqdan sonra 155 min hektar sahə yenidən bizim əkin dövriyyəmizə cəlb olunacaq. Burada təqribən 400 mindən yuxarı iribuynuzlu heyvanlardan ibarət sürü, 1,5 milyondan çox xırda heyvan sürüsündən ibarət bir təsərrüfat formalaşacaq. Nəticə etibarilə, böyük həcmdə ət və süd məhsulları istehsal ediləcək.

Eyni zamanda, bu ərazilərdə üzüm sahələrinin əkini bərpa ediləcək, tərəvəz və tütün istrehsalı imkanları genişlənəcək. Aparılan qiymətləndirmələr onu göstərir ki, bu regionda yaradılacaq istehsalın dəyəri indiki kənd təsərrüfatı istehsalı göstəricilərinə nisbətdə 8 faizdən yuxarı olacaq. İşğal müddəti ərzində biz hər il sanki öz kənd təsərrüfatı üzrə mövcud potensialımızın 8 faizini itirmişik” - deyə, o vurğulayıb.

Onun sözlərinə görə, hər il bu ərazilərdə 45 min ton ət istehsalı gözlənilir və bu, indiki 30-35 min ton həcmindəki idxaldan belə daha böyükdür. Həmçinin, 200 min tondan yuxarı süd istehsalı gözlənilir ki, bu da ümumi süd istehsalının 10 faizə qədəridir. Bununla da, ölkəmizə heyvandarlıq məhsulları üzrə 200 milyon dollardan yuxarı idxalı əvəz etmək imkanları yaranacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            624 26.10.20 21:04