Paşinyan Hitler və Səddam Hüseynin hərəkətlərini təkrarlayır » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |    

Paşinyan Hitler və Səddam Hüseynin hərəkətlərini təkrarlayır

“Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı "Skad" raketlərindən istifadə etməsi onların terrorçu xislətini və hər zaman dinc əhalini hədəf almasını göstərir. Bu, gözlənilədir".

Bunu "Report"a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib.

O xatırladıb ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi və müdafiə nazirliyinin generalları dəfələrlə vurğulayıblar ki, döyüş əməliyyatları başlayanda ballistik raketlərlə Azərbaycanın neft-qaz infrastrukturuna, strateji obyeklərinə, mülki əhalisinin daha çox yaşadığı yerlərə, Gəncə və Mingəçevirə zərbələr endirəcəklər:

"Bizim taleyimizdəndir ki, normal bir düşmənimiz yoxdur. Çünki ermənilər I Qarabağ müharibəsində və XX əsrin əvvəllərində fürsətdən istifadə edərək, dinc, silahsız əhaliyə qarşı qətliamlar həyata keçirib. Bu da onların növbəti bir addımıdır".

Ekspert bildirib ki, "Skad" ballestik raketləri 1967-ci ildən silahlanmaya qəbul edilib:

“Bu raketlər kerosin yanacaqla işlədiyinə görə sovet ordusunda onu adətən hərbiçilər “kerosinko” adlandırırdılar. Son illər dünyanın müxtəlif ölkələrində - Yəməndə, Liviyada, Suriyada gedən "Skad" raketlərindən istifadə olunma faktları qeydə alınıb. Ancaq bu raketlər heç də hədəfi vura bilməmişdi. Çünki həmin raketlərin dəqiqliyi azdır və lampalı texnologiyaya əsaslanır. Bu raketlərdən istifadə müasir müharibədə uyğunluq təşkil etmir. Biz 2012-ci ildə NATO-da səfərdə olanda NATO və tərəfdaşlarının sərhəddində yerləşən ballistik raketlərlə bağlı bir xəritə üzərində təqdimat keçirildi. O zaman xəritədə Türkmənistanın, Suriyanın "Skad" raketlərindən söhbət açılırdı, ancaq Ermənistanın "Skad"arı göstərilmirdi. Mən o zaman dedim ki, niyə Ermənistan Azərbaycanın neft-qaz infrastrukturunu ballistik raketlə vurmaqla hədələyir? Açığı orada mənə verilən cavablarda da ikili yanaşmanın olduğunu gördüm”.

R.Süleymanovun sözlərinə görə, Paşinyan son dövrlərdəki çıxışları, hərəkətləri ilə eynilə Hitlerin hərəkətlərini təkrarlayır:

“Necə ki, o zaman Hitler qoşunları bu raketlərdən hücum edən sovet ordusuna qarşı deyil, Londona, böyük şəhərə qarşı istifadə edirdilər. Paşinyan da eyni hərəkətləri təkrarlayır. Ermənilər yuxarıda qeyd etdiyim kimi vaxtilə dilə gətirdikləri strategiyanı təkrarlayırlar. Gecə vaxtı mülki insanların yaşadığı binaları, evləri raket hücumuna tuturlar. Hesab edirəm ki, Azərbaycan tərəfi həmin raketlərin istifadə edilməsi ilə bağlı əmri verənlər, ondan istifadə edənlər barədə məlumatlar toplayaraq beynəlxalq tribunala verməlidir. Həmin şəxslər barəsində isə beynəlxalq axtarış elan edilməlidir”.

Ekspert vurğulayıb ki, döyüşlərin gedişatı göstərir ki, "Skad", "İskəndər", "Toçka-U" tipində operativ taktiki raket komplekaslərinin, ballistik raketlərin atışı heç nəyi dəyişməyəcək:

“Çünki Ermənistanın əlində az sayda bu raketlərdən mövcuddur. Azərbaycanın əlində olan raketlər düşmənin həmin hədəflərini vurmağa və böyük dağıntılar törətməyə imkan verir.Azərbaycan səbr edərək beynəlxalq səviyyədə tanınmış öz ərazilərində təmizləmə əməliyyatlarını aparır. Əgər düşmənin təxribat xarakterli belə addımları davam edərsə, onlara qarşı ciddi tədbirlər görüləcək. Ermənistan tərəfi mülki əhalini hədəfə almaqdan əl çəkməlidir. Paşinyan bu addımları ilə Hitler və Səddam Hüseyndən fərqi olmadığını bir daha sübut edir. Paşinyan hazırda başını itirib. Dərk etmir ki, mülki əhalini hədəfə vurmaqla müharibənin hədəfini həll etmək olmaz. Əksinə, insanların qisas hissi daha da artır”.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            633 23.10.20 17:50