Feysbukda bloklanmadan necə xilas ola bilərik? - MÜTƏXƏSSİS » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Braziliyada turistlərin olduğu qayıq aşıb, ölənlər var  |     22:55 Xəzər dənizində zəlzələ qeydə alınıb  |     22:47 Şuşadan ilk zəng həyata keçirilib  |     22:43 Rusiyada yük avtomobili iki avtobusla toqquşub, onlarla insan xəsarət alıb  |     22:31 İranda Mərkəzi Bankının sabiq rəhbəri 10 il həbs cəzası aldı  |     22:14 Yük maşını qoyun sürüsünə çırpıldı - VİDEO  |     22:02 Turistləri daşıyan gəmi çayda batdı: Ölənlər və itkin düşənlər var  |     21:55 “Dejavü” filminin qəhrəmanı vəfat edib  |     21:47 Azərbaycanda koronavirusun beşinci dalğası gözlənilirmi? - Ekspertlərdən ŞƏRH  |     21:40 Masallıda ev və mağazalara qənim kəsilən ŞƏXSDƏN XƏBƏR VAR  |     21:31 Azad edilən bu iki kəndə 500 ailə köçürüləcək  |     21:26 DSX İranla sərhəd yaxınlığında şübhəli avtomobil saxlayıb, narkotik aşkarlanıb  |     21:20 Xocavənddə daha 2 erməni hərbçisinin meyiti tapıldı  |     21:16 Hikmət Hacıyev: “Prezidentin münaqişədən sonrakı yenidənqurma-bərpa layihələri misilsizdir”  |     21:10 Rusiyada metanol spirtindən ölənlərin sayı artıb  |     21:05 Rəşad Sadıqov: "Belə oyunların sayı çox olsa, futbolumuz inkişaf edər"  |     21:02 Zəng edən bank əməkdaşıdır, yoxsa dələduz? - ARAŞDIRMA  |     20:47 Şəmkirdə qatar gənc oğlanı vuraraq öldürüb  |     20:40 IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb - FOTO  |     20:30 Azərbaycanın bəzi iqtisadi rayonlarının adlarında dəyişiklik edilib  |    

Feysbukda bloklanmadan necə xilas ola bilərik? - MÜTƏXƏSSİS
"Facebook sosial şəbəkəsində bloklama və qadağan edilmiş şəkillər üzrə axtarış avtomatik həyata keçirilmir, bu və ya digər kontentin məqbul olması barədə qərar insanlar - istifadəçilərin şikayətlərini araşdıran Facebook ekspertləri tərəfindən verilir. Facebookdan istifadə qaydaları bütün mümkün mübahisəli halları əhatə etməyindən şikayətlərin sayı çox olduqda hər hansı yazının silinməsi ilə bağlı qərar 10 saniyə ərzində qəbul edilməli olur".

Median.Az
ted.az-a istinadən son vaxtlar hesab və səhifələrə qarşı ard-arda sanksiyaları nəzərə alaraq, Feysbuk tərəfindən müəyyən edilmiş davranış qaydalarını təqdim edir:

Əqli mülkiyyət hüquqlarını və konfidensiallığı pozan mətnləri, foto və vodeoları paylaşmayın;

· Siyasi məsələlərlə bağlı postları reklam kimi yerləşdirməyin;

· Rəylərinizi "flood" etməyin və təkrarlamayın;

· İP-ünvanların tez-tez dəyişməməsi üçün VPN bağlantısına təkrar-təkrar qoşulmayın;

· Rəylərinizdə aqressiyadan, həddən artıq emosiyalardan ("hate speech") çəkinin;

· Ölüm görüntülərini, nifrət, qorxutma və qəddarlıq materiallarını paylaşmayın;

· Terror təşkilatlarına dəstək, zorakılığın təşviqi, şiddət çağırışları, nifrətin təhriki qadağandır;

· Sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, dini və siyasi baxışları, rəngi, cinsi, dili, fəaliyyətinin növü, əlilliyi, xəstəliyi və digər hallarla bağlı təhqirlər yerləşdirməyin;

· Silah istehsalı və ondan istifadə üzrə təlimatların nəşri qadağandır;

· Replikaların və saxta məlumatların reklamı qadağandır (Spam və arzuolunmaz reklam böyük cərimələrə səbəb ola bilər);

· İntihar, özünü yaralamaq, insanlara və heyvanlara qarşı zorakılıq səhnələri, başqasının əziyyətindən zövq almaqla bağlı şərhlərin yayımlanması qadağandır;

· Başqlarının fərdi məlumatlarını paylaşmaq olmaz;

· "D hesabların məzmununu dərc etmək, özünü başqa insan və təşkilat kimi qələmə vermək məqsədilə saxta hesablar yaratmaq və istifadə etmək qadağandır;

· Məhsul və xidmətlərin reklamı üçün biznes səhifələrindən istifadə edin.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            717 22.10.20 21:29