“Le Figaro” Tərtərdə mülki vətəndaşların atəşə tutulmasından yazdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

“Le Figaro” Tərtərdə mülki vətəndaşların atəşə tutulmasından yazdı

Fransanın “Le Figaro” nəşri Ermənistan silahlı qüvvələrinin Tərtərin mülki əhalisini durmadan atəşə tutması barədə xüsusi məqalə dərc edib.

Məqalənin müəllifi nəşrin Tərtərə ezam olunmuş xüsusi müxbiri Emmanuel Gyrynszpandır. Yazıda ilk olaraq Tərtərin 24 000 sakini olduğu və bu sakinlərin hər gün ağır artilleriya qurğularından atılan mərmi yağışlarına məruz qaldıqları qeyd olunur.

Həmçinin qeyd edilir ki, Ermənistan silahlı qüvvələri Tərtəri hər tərəfdən atəşə tutur və mülki sakinlərin çox sayda evləri tamamilə yararsız hala düşüb. Tərtərin Dağlıq Qarabağda yerləşən ən yaxın erməni mövqelərindən 20 km uzaqlıqda olduğunu qeyd edən müəllif düşmənin ağır artilleriya qurğularından atəş açdığını vurğulayır.

Müəllif həmçinin yerli sakin və polislə burada baş verən hadisələrlə bağlı açıqlamalarını da qeyd edib. Onlar mərmilərin düşdükləri əraziləri, atəş nəticəsində küçədə mülki şəxsin həlak olması barədə məlumat veriblər.

Məqalədə qeyd olunur ki, 27 sentyabdan bu yana Tərtərdə 14 mülki şəxs həlak olub və Tərtər və yaxın ərazilərə 15 000 mərmi düşməsi nəticəsində 116 ev tamamilə dağılıb. Baş verənlərə baxmayaraq, sakinlərin heç vaxt öz evlərini tərk etməyəcəkləri və nə baş verirsə versin, burada qalmaq istədikləri, sadəcə qadın və uşaqların daha təhlükəsiz ərazilərə aparıldığı vurğulanır.

Yazıda həmçinin Tərtər şəhərində hərbi qüvvələrin olmadığı, lakin bununla belə, erməni qüvvələrinin hərbi obyekt olmadığı açıq-aydın bilinən, xüsusilə də məcburi köçkünlərin yaşadığı binaların yerlə-yeksan edilməsi qeyd olunur.

Müəllif Tərtərin münaqişənin mərkəzi hissəsində yerləşdiyini və bu qarşıdurmadan əziyyət çəkdiyini qeyd edir. O həmçinin öz məqaləsində yerli sakinlərdən birinin Fransanın işğalçı Ermənistanı dəstəkləməsi barədə iradlarını da qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            689 22.10.20 19:30