İlham Əliyev: “Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivi çox uzaqdır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Həbsdə olan generalın müraciəti geri qaytarıldı  |     22:46 İsrail HƏMAS-a bir həftə vaxt verdi  |     22:35 Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”  |     22:25 Boris Conson özünün gətirdiyi qadağaya görə səs verə bilmədi  |     21:59 Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır  |     21:50 Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar  |     21:45 Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslər nə etməlidirlər?  |     21:39 Məmurun təzyiqinin qalxmasına səbəb olan şəxs həbs edildi  |     21:26 Gürcüstan Prezidenti ofşor şirkətlərlə bağlı vergi güzəştlərini nəzərdə tutan qanuna veto qoyub  |     21:05 Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub  |     20:48 Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib  |     20:40 Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb  |     20:35 Filippin sahillərində 5,9 maqnitudada zəlzələ baş verib  |     20:29 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək  |     20:20 Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edib  |     20:14 Gürcüstan XİN Fransaya cavab verib: Qeyri-obyektivsiniz  |     20:06 Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb  |     19:55 Türkiyə parlamenti idxal edilən qazın LNG formasında satışını dəstəkləyib  |     19:47 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək güclənib  |     19:33 “Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq  |    

İlham Əliyev: “Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivi çox uzaqdır”

“İndi yerdə vəziyyət dəyişib. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, əlbəttə, mən hesab edirəm ki, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalı və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır.

Bu müzakirələrdə bizim əsas məqsədimiz Ermənistan rəhbərliyinin ərazilərimizin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir”.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtona nəzərdə tutulan səfəri və bu səfərdən gözləntilər barədə suala cavabında səsləndirib.

“Əgər cümə günü nazirlərin görüşündə hər hansı bir irəliləyiş olsa, Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilə bilərmi?” sualını cavablandıran dövlətimizin başçısı deyib:

“Əlbəttə ki, bu, mümkündür, çünki bu növ görüşlər əvvəllər də olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır.

Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir”.

Prezident İlham Əliyev qeyd edib ki, danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            477 22.10.20 16:28