Öldüyü deyilən körpə dəfn edilərkən gözlərini açdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |    

Öldüyü deyilən körpə dəfn edilərkən gözlərini açdı

Öldüyü deyilən körpə qız dəfninə bir neçə dəqiqə qalmış “dirilib”.

“The Daily Star”ın məlumatına görə, qorxunc hadisə Banqladeşin paytaxtı Dəkkə şəhərində baş verib.

Məlumata görə, şəhərdə tibb kollecinin nəzdindəki xəstəxanada 27 yaşlı Şahinur Aktyor hamiləliyinin altıncı ayında dünyaya qız uşağı gətirib. Ancaq həkim vaxtından əvvəl doğulan körpənin bir neçə dəqiqə sonra öldüyünü bildirib.

Xəstəxana işçiləri “ölü” uşağı əlcək qutusuna qoyaraq, qadının həyat yoldaşı Yeasin Molla verirlər və dəfn etmək üçün Azimpurdakı qəbiristanlığa aparmasını deyirlər. Ata uşağı qəbiristanlığa aparıb, lakin ona uşağını başqa, daha ucuz yerdə dəfn etməyi təklif edirlər. Ata deyilən yerə gedərək dəfn barədə razılığa gəlir. Qəbiristanlıq işçisi qəbri qazandan sonra uşağı oraya endirərkən qutu birdən tərpənib.

“Qutunu açdım və uşağımın sağ olduğunu gördüm. Qızım tərpənir və ağzını açırdı”, - deyə Moll olanları xatırlayıb.

O, yeni doğulmuş qızını xəstəxanaya qayıdıb.

Növbətçi həkim və tibb bacısı əvvəlcə boş yerlərinin olmadığını deyərək, onu qəbul etməkdən imtina edirlər.

Ancaq Moll səhv üçün həkimlərin cavab verməli olduğunu deyib.

Nəticədə körpə xəstəxanaya yerləşdirilib. Hazırda o, özünü yaxşı hiss edir.

Xəstəxana səlahiyyətliləri hadisə ilə bağlı yoxlamalara başlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            447 21.10.20 12:08