Ceymstaun Fondu Azərbaycan Ordusunun uğurlarından yazıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:41 Dövlət Xidməti Amaras monastırında monitorinqlər aparıb  |     15:33 Zaxarova: “Ermənistan miqrasiya ilə bağlı Britaniya ilə danışıqlarını özü şərh etməlidir” - VİDEO  |     15:29 Zaxarova: “Moskva Bakı ilə İrəvan arasında münasibətlərin həlli üçün mümkün olan hər şeyi etdi” - VİDEO  |     15:26 Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO  |     15:25 Mariya Zaxarova: “Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir”  |     15:24 Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb  |     15:21 Zaxarova: “Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - VİDEO  |     15:13 Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar  |     15:11 Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ  |     15:06 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb  |     13:34 Palma yağlarının Azərbaycana gətirilməsi qadağan edilsin - Deputatdan təklif  |     13:21 Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq  |     13:09 Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər  |     13:09 Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO  |     13:08 Paşinyan: “Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir”  |     13:06 Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb  |     12:50 Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı  |     12:48 Leyla Əliyeva və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar - FOTO  |     12:32 Bakıda viza fırıldağı: Şirkət rəhbərlərinə cinayət işi açıldı  |     12:31 Hacıqabulda gənc qız itkin düşüb  |    

Ceymstaun Fondu Azərbaycan Ordusunun uğurlarından yazıb - FOTO

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqovun ABŞ-da Ceymstaun Fondunun nəzdində nəşr olunan Avrasiya Günlük Monitorunun (Eurasia Daily Monitor) saytında “Azərbaycan Qarabağın şimal və cənub cəbhələrində strateji irəliləyişlər edir” başlıqlı məqaləsi dərc edilib.

Məqalədə göstərilir ki, sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindəki mövqelərindən mövqelərimizə hücum etməyə cəhd edib və cavab olaraq Azərbaycan Silahlı Qüvvələri geniş əks-hücum əməliyyatına keçib, elə həmin gün Füzuli və Cəbrayıl rayonlarının altı kəndi işğaldan azad edilib.

Məqalədə bildirilir ki, Azərbaycanın əks-hücumu əsasən iki istiqamətdən - cənub və şimaldan başlanıb:

“Şimaldan əks hücuma general-mayor Hikmət Həsənovun komandanlıq etdiyi 1-ci Ordu korpusu, cənubdan isə general-mayor Mais Bərxudarov rəhbərlik etməkdədir. Hər iki general Azərbaycanın yeni nəsil generalları olmaqla, ölkənin işğal edilmiş ərazilərində doğulub və çox gənc yaşlarında doğma yerlərini tərk etməyə məcbur olublar”.

Məqalədə göstərilir ki, Azərbaycan ordusu düşmənin çoxsədli müdafiə xətlərini müvəffəqiyyətlə yararaq işğal edilmiş ərazilərin mərkəzi Xankəndi və azərbaycanlılar üçün çox böyük mədəni-mənəvi dəyər daşıyan Şuşaya doğru irəliləməkdədir.

Müəllif işğal edilmiş ərazilərdən Ermənistan Silahlı Qüvvələrinin reallaşdırdığı raket atəşi nəticəsində mülki insanların həyatını itirdiyini və obyektlərə böyük ziyan dəydiyini yazıb və Gəncə şəhərinə raket zərbələri nəticəsində mülki şəxslərin, o cümlədən körpələr, uşaqlar və qadınların həlak olduğunu yazıb. Müəllif sonda Azərbaycan ərazisindən işğalçı qoşunlar çıxarılmayana qədər hansısa atəşkəs razılığının dayanıqlı olmayacağını da diqqətə çatdırıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            672 20.10.20 20:50