Fransa paytaxtı Paris yaxınlığında müəllimin öldürülməsi cinayəti ilə bağlı istintaq çərçivəsində daha dörd nəfər saxlanılıb.
APA xəbər verir ki, bu barədə “BFMTV” məlumat yayıb.
“Ötən cümə günü Konflan-Sent-Onorində Samuel Patinin qətli ilə bağlı aparılan istintaq araşdırmaları zamanı hazırda on beş nəfər nəzarət altındadır”, - məlumatda belə deyilir.
Məlumata görə, tutulan 15 nəfərdən dördü məktəb şagirdidir. Həbsdə olan şagirdlərdən biri bildirib ki, cinayətkar şəxs müəllimin olduğu yer barədə məlumatın qarşılığında ona pul verib.