MŞ AzTV-nin çəkiliş qrupunun erməni atəşinə məruz qalması ilə bağlı beynəlxalq media qurumlarına müraciət edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |    

MŞ AzTV-nin çəkiliş qrupunun erməni atəşinə məruz qalması ilə bağlı beynəlxalq media qurumlarına müraciət edib

Azərbaycan Mətbuat Şurası AZTV-nin çəkiliş qrupunun Ağdam rayonunun Bənövşələr qəsəbəsində atəşə tutulması ilə bağlı beynəlxalq media qurumlarına müraciət ünvanlayıb.

Şuradan APA-ya verilən xəbərə görə, müraciətdə bildirilir: “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AZTV) cəbhəboyu zonaya ezam olunmuş çəkiliş qrupu 19 oktyabr 2020-ci il tarixdə günorta saatlarında Ermənistan hərbi birləşmələri tərəfindən atəşə tutulub. Hadisə Ağdam rayonunun Bənövşələr qəsəbəsində baş verib. Nəticədə AZTV-nin müxbiri 1982-ci il təvəllüdlü Həsənov Anar Bəybala oğlu (Anar Şuşalı) yaralanıb.

Məlumat üçün bildirək ki, Anar Şuşalı cəbhə bölgəsində baş verən proseslər, xüsusən də Ermənistanın mülki əhaliyə qarşı törətdiyi təxribatlar barədə ölkə və dünya ictimaiyyətini mütəmadi məlumatlandıran jurnalistlərdəndir. Hazırda o, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Azərbaycan Mətbuat Şurası jurnalistlərin hücuma məruz qalmalarını qətiyyətlə pisləyir.

Təəssüflə bildiririk ki, işğalçı Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı ağır artileriya və digər qurğulardan istifadə etməklə həyata keçirdiyi hücumlar davam edir. Dünyanın media ictimaiyyətinin diqqətini bu fakta çəkərək onu da təəssüflə vurğulayırıq ki, Azərbaycanın belə anti-humanist hücumdan zərər çəkən media təmsilçiləri az deyil. Oxşar xoşagəlməz hadisə bir müddət öncə də baş vermişdi. Bu isə onu deməyə əsas verir ki, Ermənistan silahlı qüvvələri jurnalistlərə məqsədli şəkildə atəş açaraq onların fəaliyyətlərinə maneçilik törədir, həyat və sağlamlıqları üçün təhdid yaradırlar.

İşğalçı Ermənistan demokratik dəyərlərə, humanizm prinsiplərinə qarşı vandal münasibətini söz və ifadə azadlığına münasibətdə də göstərməkdədir. Azərbaycan Mətbuat Şurası sizləri bununla bağlı ciddi mövqe nümayişinə çağırır".

MŞ jurnalistlərə silahlı təzyiq məsələsində dünyanın aparıcı media qurumlarının ortaya qoyacaqları barışmazlıq xətti, həssas, prinsipial yanaşma tərzi faciələrə yol açma ehtimalı böyük olan bu kimi halların qarşısının alınmasına kömək göstərəcəyinə ümid etdiyini qeyd edib.

Müraciət rus və ingilis dillərinə tərcümə edilərək dünyanın aparıcı media qurumlarına, o cümlədən Azərbaycan Mətbuat Şurasının üzv olduğu Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına və Avropa Mətbuat Şuraları Alyansına göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            951 19.10.20 20:01