BNA: Bakıda bir sıra küçələrdə tıxac yaranıb, avtobuslar gecikmə ilə hərəkət edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

BNA: Bakıda bir sıra küçələrdə tıxac yaranıb, avtobuslar gecikmə ilə hərəkət edir

Axşam saat 18:00 radələrindən paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, hazırda Bakıda bir sıra prospekt və küçələrdə onlarla müntəzəm və ekspres marşrut xətləri üzrə avtobuslar sıxlıqda qalaraq gecikmə ilə hərəkət edir. Bu isə dayanacaq məntəqələrində və avtobuslarda sərnişin sıxlıqlarının yaranmasını qaçılmaz edir: "Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən avtobuslara qarşı hərəkət üstünlüyü tanımağı xahiş edirik. Sərnişindaşımaların yalnız avtobuslarla icra olunduğu indiki vaxtda bu olduqca vacib əhəmiyyət kəsb edir".

BNA sıxlıq müşahidə edilən küçələrin adlarını da açıqlayıb:

1.Yusif Səfərov küçəsi(H.Əliyev pr. ist.)

2.A.Salamzadə küçəsi(hər iki istiqamət)

3.Qələbə dairəsi

4.Koroğlu Rəhimov küçəsi(hər iki istiqamət)

5.Moskva pr.(20 Yanvar dairəsi ist)

6.Tbilisi pr.(hər iki ist)

7.Q.Qarayev pr.(hər iki ist. nisbətən sıxlıq)

8.Binəqədi şossesi(Binəqədi ist) sıxlıq

9.Ş. İ. Xətai pr.(H.Əliyev pr. ist.)

10.R.Behbudov küçəsi nisbətən sıxlıq

11.Z.Əliyeva küçəsi

12.Ü.Hacıbəyov küçəsi

13.Mikayıl Əliyev küç.(Koroğlu m/st-sı ist)

14.Mikayıl Useynov pr(Azneft dairəsi ist).
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            894 19.10.20 19:53