Ermənilərə 3 milyon dollar ayıran sahibkarın əsl məqsədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |    

Ermənilərə 3 milyon dollar ayıran sahibkarın əsl məqsədi

Erməni Sahibkarlar Birliyinin prezidenti Samvel Karapetyan Ermənistanda və işğal altında olan Dağlıq Qarabağda yaşayan ermənilərə humanitar və sosial yardımların həyata keçirilməsi üçün 3 milyon dollar vəsait ayırıb.

Moskvanın “Buxta” ticarət mərkəzinin sahibi, Taşir şirkətlər qrupunun qurucusu Karapetyan humanitar proqramların əsas məqsədinin Ermənistan və Dağlıq Qarabağın sabit inkişafını təmin etmək olduğunu bildirsə də sirr deyil ki, bu “humanitar” yardımlar heç də humanist məqsədlərlə istifadə olunmur. Sözdə “humanizm"ə, “inkişaf”a, "sülh”ə xidmət edən bu yardımlar insanlıqdan kənar əməllərin maliyyələşdirilməsinə, Azərbaycanın mülki obyektləri və sivillərinə qarşı terror aktları və cinayətlərin törədilməsinə xərclənir.

Buradakı ən acı məqamlardan biri isə bu “humanitar yardım”da Moskvanın “Buxta” ticarət mərkəzində çalışan yüzlərlə azərbaycanlının alın tərinin olmasıdır.
Qeyd olunan ticarət mərkəzində çalışan azərbaycanlı satıcılar özləri də bilmədən bu “humanitar” dəstəkdə, daha doğrusu həmvətənlərinə qarşı terror və cinayətlərin törədilməsində iştirak edir. Bu gün “xeyriyyə” adı altında “Taşir” fonduna toplanan yüz minlərlə dollar vəsaitdə payı olan həmvətənlərimizi diqqətli olmağa və bu qanlı əməllərin maliyyələşdirilməsində iştirak etməməyə çağırırıq!

Həmçinin, bu gün Azərbaycana qarşı terror aktları, hərbi cinayətlər kimi anti-humanist əməllər həyata keçirən Ermənistanın dəstəkçiləri ilə eyni mühitində çalışan həmvətənlərimizin təhlükəsizliyinin təmin edilməsini və aidiyyatı qurumların bu məsələni diqqətə almasını tələb edirik.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            735 17.10.20 21:33