Prezident Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda


Prezident Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verdi
Prezident İlham Əliyev Hikmət Mirzəyevə ali hərbi rütbənin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, general-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Hikmət Mirzəyev Xüsusi Təyinatlı Qüvvələrin komandanıdır.

Xatırladaq ki, oktyabrın 4-də İlham Əliyev Hikmət Mirzəyevi və onun rəhbərlik etdiyi şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun doqquz kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          378 17.10.20 16:48