Erməni nazir müavini beynəlxalq iclasda “Bizi xilas edin” deyə yalvardı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Erməni nazir müavini beynəlxalq iclasda “Bizi xilas edin” deyə yalvardı

MDB gənclərlə iş üzrə Şuranın sayca 27-ci iclasında Azərbaycanı Gənclər və İdman nazirinin müavini İntiqam Babayev təmsil edib.

AGİN-in Mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, Rusiya Federasiyası, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın gənclər siyasətinə məsul nazirlərinin qatıldığı iclas COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn formatında gerçəkləşib.

İclasın ilkin mövzularından biri İkinci Dünya Müharibəsinin 75 illiyi ilə bağlı üzv dövlətlərin bu istiqamətdə gördüyü işlərlə bağlı məruzələrin dinlənilməsi olub.

Öz növbəsində nazir müavini İntiqam Babayev Azərbaycanın faşizm üzərində qələbənin qazanılmasında xüsusi töhfəsi olduğunu diqqətə çatdıraraq, nazirliyin bununla bağlı həyata keçirdiyi bir çox layihələr haqqında məlumat verib, hər il 9 May Qələbə günündə gənclərin müharibə veteranları ilə görüşdüklərini, onların qəhrəmanlıqlarının yaşadıldığını diqqətə çatdırıb.

Məhz elə Ermənistanı da qıcıq edən İntiqam Babayevin qələbənin 75 illiyini qeyd etdiyimiz bu məqamda Azərbaycanın Ermənistan tərəfindən faşistcəsinə hücumlara məruz qaldığını, müharibənin aparılmadığı Gəncə, Mingəçevir və digər şəhərlərinə düşmənin bütün beynəlxalq prosedurları pozaraq, raket atdığını və nəticədə, dinc əhalinin öldürüldüyünü, uşaqlar da daxil olmaqla, bir çox insanların yaralandığını, yaşayış evlərinə ciddi ziyan dəydiyini söyləməsi olub.

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Artur Martirasyan Dağlıq Qarabağın şəhər və kəndlərinin Azərbaycan tərəfindən hücuma məruz qaldığını, Şuşadakı kilsənin dağıdıldığını və bu döyüşlərdə Türkiyənin ölkəmizə dəstək göstərdiyini söyləyərək, MDB gənclərlə iş üzrə Şuranın iştirakçılarını Azərbaycana qarşı mübarizəyə çağırıb.

Nazir müavini “Bizi xilas edin” söyləyərək, imdad diləyib.

Qeyd edək ki, iclas zamanı MDB-yə üzv ölkələrin ötən dönəm ərzində gənclər və idman sahələrində gördükləri işlərə nəzər salınıb, fikir mübadiləsi aparılıb.

Sədrlik növbəti il üçün Tacikistana keçib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            582 17.10.20 15:25