Prezident ermənilərə səsləndi: “Uşaqlarınızı bizim torpaqlara buraxmayın” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Prezident ermənilərə səsləndi: “Uşaqlarınızı bizim torpaqlara buraxmayın”

“Ermənistan xalqına müraciət etmişdim, yenə edirəm. Uşaqlarınızı bizim torpaqlara buraxmayın. Onların Azərbaycan torpağında nə işi var?”

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.

Prezident bildirib ki, Ermənistanın hərbi komissarlıqlarında mitinqlər təşkil olunur:

“Ermənistanda analar yolları kəsir, qoymur ki, uşaqları getsin, başqa ölkənin torpağında ölsün. Erməni xalqına müraciət etmişdim, yenə edirəm. Qoymayın uşaqlarınızı bizim torpaqlarımıza. Nə işi var onların Azərbaycan torpaqlarında? Bizim sizinlə işimiz yoxdur, öz ölkənizdə yaşayın. Bizim torpaqlarımızdan çıxın.

Biz haqlıyıq, ədalət yolundayıq. Bizim savaşımız müqəddəs savaşdır. Biz döyüş meydanında öz gücümüzü həm düşmənə, həm bütün dünyaya göstərdik. Biz öz torpağımız uğrunda döyüşürük və öz torpaqlarımız uğrunda şəhid veririk.

Döyüş meydanında göstərdiyimiz gücün mənbəyi xalqımızın iradəsidir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, bu tarixi günləri görə bildi. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm.

Bundan sonra da öz fəaliyyətimdə, ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gələni edəcəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Biz öz torpağımızda vuruşub, öz ərazi bütövlüyümüzü bərpa edirik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 332 17.10.20 14:52