Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:11 50 kq-dan çox narkotik maddə ilə tutulan şəxsə ağır cəza | 17:58 Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar | 17:37 300 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə ittiham aktı elan edildi | 17:29 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü | 17:14 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb | 16:59 Su polisi brakonyerlik edən şəxsləri yaxaladı | 16:56 İlham Əliyev Donald Trampa təşəkkür etdi | 16:32 Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət | 16:23 Azərbaycanda bu il 300-dən çox pensiyaçı nikah bağlayıb - Rəsmi | 16:00 Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanıldı | 15:57 İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı | 15:54 Bakının iki böyük rayonunda su olmayacaq | 15:47 Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı | 15:31 Jalə Məmmədova və Kəmalə Əliyevaya vəzifə verildi | 14:32 İlham Əliyev İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul edib | 14:30 Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir? | 14:28 Erməni əsirliyindən qaçan qazi vəfat etdi | 14:26 Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bir tələb ləğv edildi | 13:48 İlham Əliyevdən Asif Əsgərovla bağlı sərəncam | 13:47 Bakının 9 prospekt və küçəsinin kəsişməsində yenilik |
Mojo.az Avto
Mojo.az Avto

İşğal olunmuş ərazilərə səfər edən Duma üzvü Vitaliy Milonovun Azərbaycana girişi qadağan olundu - RƏSMİ

16.10.2020 23:00 1 686
İşğal olunmuş ərazilərə səfər edən Duma üzvü Vitaliy Milonovun Azərbaycana girişi qadağan olundu - RƏSMİ
“Rusiya Federasiyasının Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitaliy Milonovun Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfərini qətiyyətlə pisləyirik”.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Ermənistanın Azərbaycana qarşı əl atdığı yeni təcavüz kontekstində baş tutan və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə açıq şəkildə dəstək nümayiş etdirən bu qanunsuz səfər Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir:

“Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz addımı Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən rəsmi mövqeyinə uyğun gəlmir.

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq ölkənin işğal olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün Vitaliy Milonovun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib”.

Son xəbərlər