Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:15 “Yer elə materialdandır ki, ayaq qoyan kimi sürüşür” – Piyada keçidindən ŞİKAYƏT | 19:10 İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var | 19:03 Hacıqabuldakı ölümün kanalizasiya quyusu ilə əlaqələndirilməsi yanlışdır - ADSEA | 18:57 İspaniya nəhəngi ilə qarşılaşma öncəsi "Sabah"ın futbolçusundan açıqlama | 18:43 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? | 18:32 "Barselona" Bakıdakı matçla bağlı əsas məqamları açıqladı | 18:06 İki baş həkim vəzifəsindən azad edildi | 18:03 Moskvada 590 min dollarlıq saxta pul əməliyyatı: Azərbaycanda 7 il həbs cəzası aldı | 17:57 Fuad Allahverdiyevi şantajda təqsirləndirilən keçmiş xanımı azadlığa buraxıldı | 17:56 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb | 17:54 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - Siyahı | 17:45 Azərbaycanda daha 90 mənzil satışa çıxarılır: Aylıq ödənişlər 445 manatdan başlayır | 17:43 Məhkəmə qərarından yayınan keçmiş hakim cərimələndi | 17:41 Küləyin sürəti artacaq - Xəbərdarlıq | 17:30 Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib | 17:28 Sənədsiz ev alanların sayı azalır – SƏBƏBİ AÇIQLANDI | 17:26 Azərbaycanlı güləşçinin qanında qadağan olunmuş maddə tapıldı | 17:25 Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni qaydalar təsdiqləndi | 17:23 Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər | 16:59 Bakıda tanınmış iş adamı vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Şəkidə koronavirusla əlaqədar növbəti reyd keçirilib

16.10.2020 18:01 3 075
Şəkidə koronavirusla əlaqədar növbəti reyd keçirilib
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunları hərbi qulluqçuları koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə, xüsusilə də əhalinin sıx olduğu məkanlarda nəzarət-profilaktik reydləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən birgə keçirilən reyd zamanı mağazalarda, eləcə də, digər qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər aşkarlanıb və onlar inzibati məsuliyyətə cəlb olunublar.

Daha sonra reyd ictimai nəqliyyatda da davam etdirilib.

Sürücü və sərnişinlərlə profilaktik söhbətlər aparılıb, virusun yayılmasının qarşısının alınması üçün tələblərə riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Qaydaları pozanlar barəsində qanunamüvafiq tədbirlər görülüb.

Rayon ərazisində sakinlər tərəfindən karantin qaydalarına riayət olunması məqsədilə bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

Son xəbərlər