Emin Əmrullayev təhsil müəssisələrində tətilin səbəbini açıqladı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |    

Emin Əmrullayev təhsil müəssisələrində tətilin səbəbini açıqladı - VİDEO

Ölkədə koronavirusa yoluxma sayının artımı təhsil müəssisələrinin müvəqqəti bağlanmasına səbəb oldu.

Bunu Təhsil naziri Emin Əmrullayev keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, yoluxma dinamikasının artımı nəzərə alınaraq, gələn həftənin birinci günündən məktəblərdə tətil elan olunub:

“Nəzərə alınmalıdır ki, yoluxma ilə bağlı iki milyona yaxın təhsilalan və bir neçə min təhsil işçisi təhlükə qarşısında qalır. Onların təhlükəsizliyi nəzərə alınaraq, bu addım atılıb”.

Nazir bildirib ki, sentyabrın 15-dən bir həftə ərzində iki məktəb bağlanmışdısa, son günlər yoluxma halları ilə bağlı gündə bir neçə təhsil müəssisəsi bağlanıb:

“Bununla bağlı qərarı düzgün hesab edirik. Yoluxmanın 500-ə qalxması təhlükəlidir. Əminik ki, iki həftə ərzində stabilləşmə əldə olunacaq.. Noyabrın 2-dən sonra yenidən təhsilin davam etdirilməsi ilə bağlı məsələyə baxılacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 041 16.10.20 13:54