Mülki əhalimizə təhlükə yaradan hərbi hədəfləri məhv etmək hüququnu necə qazandıq? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Mülki əhalimizə təhlükə yaradan hərbi hədəfləri məhv etmək hüququnu necə qazandıq? - VİDEO

Ötən gün Ermənistanın Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Gəncə və Mingəçevir şəhərlərinə doğru əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilib.

Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu legitim hərbi hədəf kimi start vəziyyətində olan bu raketləri qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarıb. Ancaq Ermənistan dövləti Azərbaycanın bu addımını fürsət bilib, ölkəsinə təxribat kimi qiymətləndirir.

Onlar unudurlar ki, Azərbaycanın Ermənistan ərazisindən ölkəmizin hərbi və mülki obyektlərinə, dinc insanlara qarşı raket və digər hücumlar olduğu təqdirdə, Azərbaycan legitim hərbi hədəflər olaraq onların zərərsizləşdirilməsi hüququnu özündə saxlayır.

“BMT Baş Məclisi 1974-ci ildə səkkiz maddədən ibarət təcavüz anlayışı barədə qətnamə qəbul edib. Həmin qətnamənin 3b bəndində təcavüzə məruz qalan dövlətin təcavüzkarın silah obyektlərini məhv etməklə bağlı hüququ tanınır. Orada göstərilir ki, bir dövlət digər bir dövlətin ərazisinə bomba atarsa, bu təcavüz faktıdır. Bunu nəzərə alaraq, BMT Nizamnaməsinin 51-ci bəndinə uyğun olaraq, Azərbaycanın müdafiə hüququ yaranır və bu hüququ reallaşdırarkən Azərbaycan bu silahları məhv etmək hüququna malik olur. İstər Ermənistan ərazisi olsun, istərsə də Ermənistanın işğal etdikləri ərazi olsun, bu, Azərbaycan dövlətinin hüququdur”, -hüquqşünas Əfsər Sadiqov bildirib.

Daha ətraflı AZTV-nin videosüjetində:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            633 15.10.20 14:04