Terrorçu dövlət olan Ermənistan Qarabağdakı hərbi əməliyyatlara uşaqları cəlb etməyə başlayıb - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |    

Terrorçu dövlət olan Ermənistan Qarabağdakı hərbi əməliyyatlara uşaqları cəlb etməyə başlayıb - VİDEO

Qarabağda iki həftəlik hərbi əməliyyatlarda əhəmiyyətli dərəcədə canlı qüvvə itirən işğalçı Ermənistan hökuməti uşaqları hərbi əməliyyatlara cəlb etməyə başlayıb.

Bununla bağlı “Dvachannel” “Telegram” kanalında videofaktlar yerləşdirilib.


Görüntülərdən məktəbdə hərbi hazırlıq dərsi adı ilə uşaqlara hərbi təlimlər keçirildiyi məlum olur.

Təlim kamuflyaj geyimində hərbçilərin nəzarəti altında aparılır.

Qeyd edək ki, İrəvanın uşaqları hərbi əməliyyatlara cəlb etməsi ilk belə hadisə deyil. İnternetdə keçən əsrin 90-cı illərində Birinci Qarabağ Müharibəsi zamanı belə hadisələrin mövcudluğu barədə çox sayda fakt tapmaq mümkündür.

Xarici kəşfiyyat xidmətlərinin məlumatına görə, Ermənistanda və Qarabağın yüksək dağlıq bölgələrində yeniyetmələrin müharibədə iştirak etmələri üçün onlara psixoloji təsir edilir.

Qeyd edək ki, uşaqları milli silahlı qüvvələrə cəlb etmək və ya hərbi əməliyyatlarında fəal iştirakı üçün onlardan istifadə etmək beynəlxalq qanunlara görə hərbi cinayətidir.



скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 542 14.10.20 16:27