Rusiyada naməlum şəxs avtobus dayanacağını atəşə tutub, üç nəfər ölüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:32 Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb  |     20:26 Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: CİNAYƏT İŞİ  |     20:25 Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşüb  |     19:29 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     19:18 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     18:22 Sabah Sumqayıtın bir hissəsində su olmayacaq  |     17:45 Bulvarda gəzinti gəmiləri niyə işləmir?  |     17:19 Hacı Əliyev səhhəti ilə bağlı problemə aydınlıq gətirdi  |     16:42 İmtahan nəticələri elan olundu  |     16:40 Dövlət müəssisələrinə təhkim edilmiş 120 hektar sahə zəbt edilib  |     16:12 “TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu  |     16:06 Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO  |     15:40 Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO  |     15:38 52 yaşlı kişi xəstəliyinə görə intihar edib  |     13:39 Qazaxıstan prezidentindən Ermənistan və Azərbaycana TƏKLİF  |     13:07 Ermənistan və Qazaxıstan arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb - YENİLƏNİB  |     12:37 Nazirlikdən sahibkarlara xəbərdarlıq: “Saxta müfəttişlər cərimə ilə təhdid edərək yoxlama aparıblar”  |     12:35 Bakıda maşın qaçırıldı  |     12:35 Azərbaycanda 49 kiloqram narkotik aşkarlanıb  |     12:32 Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb  |    

Rusiyada naməlum şəxs avtobus dayanacağını atəşə tutub, üç nəfər ölüb

Rusiyanın Nijni Novqorod vilayətinin Bolşeorlovski qəsəbəsində naməlum şəxs avtobus dayanacağını atəşə tutub.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə hallar xidmətindən bildirilib.

Hadisə nəticəsində üç kişi ölüb, üç qadın yaralanıb. Yaralıların vəziyyətinin son dərəcə ağır olduğu bildirilir. Onlar dərhal mərkəzi regional xəstəxanaya yerləşdirilib.

Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin hadisə ilə bağlı açıqlamasında bildirib ki, dərhal əraziyə xüsusi tibbi yardım qrupu göndərilib: Lazım gələrsə, zərərçəkənlər hava nəqliyyatı ilə Regional tibb mərkəzə təxliyə ediləcək”.

Hadisəni törədən şəxs yaxınlıqdakı meşəyə qaçıb. Mətbuatın yazdığına görə, o, 18 yaşındadır, üzərində 2 ov tüfəngi və patronlar olub.

Rusiya Daxili İşlər Nazirliyindən bildirilib ki, meşə təsərrüfatı işçiləri və polis əməkdaşları cinayəti törədən şəxsi axtarır. Faktla bağlı cinayət işi açılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            615 12.10.20 23:38