Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri İlham Əliyevə məktub yazdılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri İlham Əliyevə məktub yazdılar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Məktubda deyilir:

“Zati-aliləri,

Azərbaycan Respublikasının ərazisi olan Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən başlanılan və gərginliyin artmasına, eləcə də insanların həlak olmasına səbəb olan bu münaqişəni kədər hissi ilə izləyirik.

Biz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, insanların həlak olması ilə əlaqədar başsağlığı verir və yaranmış vəziyyətlə əlaqədar dərin narahatlığımızı bildiririk. BMT Təhlükəsizlik Şurasının 30 il əvvəl qəbul etdiyi qətnamələrə baxmayaraq, heç nə dəyişməyib. 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs müqaviləsi imzalansa da, Azərbaycan vətəndaşları, o cümlədən qadınlar və uşaqlar hələ də erməni təcavüzünün qurbanı olurlar. Azərbaycanın mülki vətəndaşlarına və mülki hədəflərinə qarşı həyata keçirilən bu hücumlar beynəlxalq humanitar hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri mərkəzin katibliyi ilə birlikdə bu problemi bütün maraqlı tərəflərin diqqətinə çatdırmaq məqsədilə fəal şəkildə işləyir, müzakirələr və onlayn diskussiyalar təşkil edir, məqalələr yayır, müsahibələr verirlər.

Sizin rəhbərliyiniz, eləcə də Vayra Vike-Freyberqa və İsmayıl Serageldinin həmsədrliyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq liderlik rolunu öz üzərinə götürməsinə görə minnətdarlığımızı qəbul etməyinizi xahiş edirik. Biz beynəlxalq təşkilat olaraq öz fəaliyyətimizdə Sizin davamlı dəstəyinizə ümid edirik.

Cənab Prezident,

Sizə olan rəğbətimizlə yanaşı, yüksək hörmət və ehtiramımızı da qəbul etməyinizi rica edirik.

Hörmətlə,

Əbdüləziz Osman Əl-Tuveycri

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) sabiq Baş direktoru

İvo Yosipoviç
2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti

Valdis Zatlers
2007-2011-ci illərdə Latviyanın Prezidenti

Ana Birçal
Rumıniyanın Baş nazirinin sabiq müavini, sabiq Ədliyyə naziri və Avropa məsələləri üzrə sabiq nazir

Amina Qurib-Fakim
2015-2018-ci illərdə Mavriki Respublikasının Prezidenti

Buyar Nişani
2012-2017-ci illərdə Albaniyanın Prezidenti”скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            618 10.10.20 17:52