Ayaz Salayev cəbhədə qəhrəmancasına şəhid olan tələbəsindən danışdı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Ayaz Salayev cəbhədə qəhrəmancasına şəhid olan tələbəsindən danışdı - VİDEO

Kinorejissor və kinoşünas Ayaz Salayev Qarabağda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan tələbəsi haqqında danışıb.

Bu barədə rejissor “Youtube”da videomüraciətlə çıxış edib.

O, bildirib ki, ötən gün cəbhədə tələbəsi, Kinoşünaslıq fakultəsinin tələbəsi Fəqan Məmmədov şəhid olub. Fəqan Məmmədov Qarabağdan kifayət qədər uzaqda yerləşən Zaqatalada anadan olub.

Ayaz Salayev həmçinin Fəqan Məmmədovun hansı şəraitdə şəhid olmasını da açıqlayıb. Onun sözlərinə görə, ötən gün şanlı ordumuzun əsgərləri işğalçı ordunun əsgərlərini mühasirəyə alıb və ermənilər ağ bayraq qaldırıblar. Fəqan Məmmədov onlara yaxınlaşmaq istədikdə isə ermənilər əl qumbarasından istifadə ediblər. Bu zaman Fəqan Məmmədov özünü sipər edərək döyüş yoldaşlarını xilas edib.

Rejissor tələbəsi Fəqan Məmmədovun erməni işğalçılarına niyə inandığını və nəyə görə onun dünyasında namərdliyə yer olmadığını da izah edib:

“Çünki o, Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Dünya kinosunun tarixini, onun daxilində alicənablıq və şərəf hissini tərbiyə edən şedevrləri öyrənib. Fəqana atəş açanlar onun ruhunda yaşayan Fellini və Antonionini, Berqman və Kurosavanı, Tarkovskini və Kubriki öldürdülər”, - deyə A.Salayev bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            657 09.10.20 22:20