İlham Əliyev: “Azərbaycan ordusu Hadrutu və bir neçə kəndi azad etdi” » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |    

İlham Əliyev: “Azərbaycan ordusu Hadrutu və bir neçə kəndi azad etdi”

“Azərbaycan ordusunun işğaldan azad etdiyi yaşayış məntəqələri münasibətilə xalqımızı təbrik edirəm”.

Bu barədə ölkə başçısı İlham Əliyev AZTV telekanalında xalqa müraciəti zamanı məlumat verib.

Prezident İlham Əliyev işğaldan azad edilən kəndlərin adlarını sadalayıb:

“Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzdək, Gorazilli, Qışlaq kəndi, Qaracalı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.

Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbədir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirirlər.

Əməliyyat planları müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan ordusu döyüş hazırlığı baxımından döyüş meydanında tam üstünlüyə malikdir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 413 09.10.20 17:58