Ermənilərin növbəti feyki - Şuşadakı kilsəyə dəyən mifik “raket zərbəsi” - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Ermənilərin növbəti feyki - Şuşadakı kilsəyə dəyən mifik “raket zərbəsi” - FOTO

Azərbaycan Müdafiə Nazirliyi erməni mənbələrinin guya Şuşada kilsəyə raket zərbəsi barədə yaydığı məlumatları şərh edərək bildirib ki, kilsənin zərər çəkməsi barədə xəbərlərin Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

Trend-in məlumatına görə, nazirliyin bəyanatında vurğulanır ki, Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq, Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililər və abidələri hədəfə almır.

Elə isə, Şuşadakı kilsədə, əslində, nə baş verib?

Kilsədəki dağıntılar barədə erməni KİV-nin yaydığı görüntüləri analiz edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, yayılan ilkin videogörüntülərdə kilsənin binasından qara tüstü çıxdığı göründüyü halda, kilsənin içindən yayılmış təsvirlərdə heç bir yanğın əlaməti yoxdur.

Onun fikrincə, binanın içərisindəki xarakterik əlamətlər - divardan asılmış bütün şəkillərin yerində olması, ibadət yerinin dağılmaması, hətta şüşə çərçivələrinin belə salamat olması - onu deməyə əsas verir ki, kilsənin daxilində partlayış baş verməyib:

“Əgər təqdim olunan şəkillərdəki dəlik raket zərbəsi nəticəsində yaransa idi, həmin raket kilsənin daxilində böyük dağıntılara, yanğına səbəb olmalı idi. Əgər raket binanın xaricində partlayıbsa, o zaman ən azından dam örtüyünün taxta elementləri yanmalı idi”.

Digər tərəfdən, binada zərbənin dəydiyi iddia olunan yerin təhlili və Google Maps üzərindən aparılan araşdırma göstərir ki, “zərbə” kilsənin binasının Azərbaycan tərəfinə yox, Ermənistan tərəfinə baxan hissəsindən “dəyib”: “Erməni tərəfinin məntiqindən belə çıxır ki, raketimiz kilsənin üzərindən keçməli, sonra geriyə dönüş edib, binanın Ermənistan tərəfinə baxan hissəsindən zərbə vurmalı idi. Bu, heç bir sağlam məntiqə sığmayan bəyanatdır. Bir daha aydın olur ki, Ermənistan tərəfi guya Azərbaycanı vandalizmdə ittiham etmək, ölkəmizə qarşı beynəlxalq qınağı formalaşdırmaq istəyir”.

Döyüşlərdə məğlub olduğunu görən Ermənistan rəhbərliyi hər bir şəkildə Azərbaycanı təxribata çəkərək, ölkəmizi dünya ictimaiyyətinə vandal dövlət kimi təqdim etməyə çalışır. Bundan başqa, illər boyu Azərbaycana məxsus dini abidələri dağıdan və xarabalığa çevirən Ermənistan, bu təxribatla diqqəti Azərbaycanın üzərinə yönəltmək və ölkəmizin öz ərazi bütövlüyü uğrunda mübarizəsini “dini rəng”də təqdim etməyi düşünür.

Nəhayət, bundan əvvəl Ermənistanın Baş naziri səviyyəsində səslənən sərsəm iddiaları - Türkiyə F-16 qırıcılarının döyüşlərdə iştirakını, Ermənistan ordusunun Su-25 təyyarəsinin vurulmasını, Azərbaycanın guya Ermənistan ərazisini bombalamasını, mifik “muzdlular” haqqında nağılları sübut edə bilməyən Yerevan indi də dini mövzuda feyk yaymağa məcbur olub.








скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            741 09.10.20 12:07