Anar Eyvazov: “Düşmən tərəfdən ciddi itkilər var” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Anar Eyvazov: “Düşmən tərəfdən ciddi itkilər var”

“Ötən müddət ərzində bütün cəbhə boyu döyüşlər davam edib. Ordumuz əldə edilən nailiyyətləri genişləndirmək məqsədilə əraziləri düşməndən təmizləyib, onların zirehli texnikalarını məhv edir, yeni dayaq nöqtələrini ələ keçirir”.

Oxu24.com -un məlumatına görə, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə nazirliyin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, qarşılıqlı artilleriya atəşləri də müşahidə olunur:

“Düşmən tərəfdən ciddi itkilər var. Düşmənin digər bölmələrində döyüş sursatları və yanacaq sahəsində də problemlər var. Ordumuzun qətiyyətli əməliyyatları nəticəsində məğlub vəziyyətə düşən erməni tərəfinin rəsmiləri ziddiyyətli açıqlamalar verir. Ordumuz tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür. Ordumuzun qələbə əzmi tamdır. Ali Baş Komandan tərəfindən verilmiş bütün döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilir. Qələbə bizimlədir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 081 07.10.20 22:24