Prezident İlham Əliyev: “Ermənistan irqçi dövlətdir, heç bir başqa millətin nümayəndəsi orada yaşaya bilmir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Prezident İlham Əliyev: “Ermənistan irqçi dövlətdir, heç bir başqa millətin nümayəndəsi orada yaşaya bilmir”

Azərbaycanda bir çox millətlər bir ailə kimi yaşayır və Azərbaycan dünya miqyasında multikultural ölkə kimi tanınır. Bunu həm Birləşmiş Millətlər Təşkilatı, eyni zamanda, humanitar sahədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlar qeyd edirlər. Azərbaycan tolerantlıq, milli, dini dözümlülük məkanıdır. O cümlədən bizdə bu gün minlərlə erməni yaşayır, onlar bizim vətəndaşlarımızdır. Onlar da başqa millətlər kimi normal yaşayırlar. Əlbəttə, bu müharibə, münaqişə başa çatandan sonra mən əminəm ki, bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də bizimlə bərabər yaşayacaqlar.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu CNN-Türk televiziyasına müsahibəsində aparıcının sualına cavabında söyləyib.

Amma Ermənistanda heç bir başqa millətin yaşamadığını vurğulayan dövlətimizin başçısı deyib: “Ermənistan dünya miqyasında çox nadir ölkələrdəndir ki, orada əhalinin yüzdə doxsan doqquzu ermənilərdir. Bütün digər millətlər oradan qovuldu. İlk növbədə, azərbaycanlılar qovuldu, ondan sonra digər millətlər qovuldu. Ermənistan monodövlətdir və bu, bir daha onu göstərir ki, irqçi dövlətdir. Heç bir başqa millətin nümayəndəsi orada yaşaya bilmir. Ya o əziyyətə dözməyərək özü oradan çıxır, ya da ki, zor gücü ilə çıxarılır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            999 07.10.20 20:53