Ermənistanın atəşə tutduğu Beyləqanda təmir-bərpa işlərinə başlanıldı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

Ermənistanın atəşə tutduğu Beyləqanda təmir-bərpa işlərinə başlanıldı - VİDEO

Ermənistan silahlı qüvvələrinin təxribatına məruz qalan Beyləqanda təmir-bərpa işlərinə başlanılıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, ağır artilleriya və raketlərdən atəşə tutulan yaşayış məntəqələrimizdən biri olan Beyləqanda küçələr dağıntılardan təmizlənir.

Atəş nəticəsində ciddi maddi ziyan görən obyektlərdə yavaş-yavaş bərpa işlərinə başlanılır.

Sahibkarlar isə bütün bunlara baxmayaraq ruhdan düşmür, hər şeyin qaydasında olduğunu deyirlər.

Mağazasına top mərmisi düşən Beyləqan sakini deyir ki, təki qırılan şüşə olsun:

“İki şüşə, pəncərə qırılmaqla heç nə olmaz. Amma o Ermənistan, Paşinyan bilsin ki, Azərbaycan ordusu gəlir. Ordumuz irəlidədir, biz də ordumuzun arxasındayıq. Mağazadı dağılıb, düzələr. Təki qırılan bunlar olsun. Təki torpaqlarımız qayıtsın, hər şey yaxşı olacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            934 07.10.20 19:52