“Facebook” Türkiyənin sosial şəbəkələrə dair tələbinə əməl etməyəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

“Facebook” Türkiyənin sosial şəbəkələrə dair tələbinə əməl etməyəcək

“Facebook” bu yaxınlarda Türkiyədə qüvvəyə minmiş və xarıcı sosial şəbəkələrlə bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutan qanuna riayət emək niyyətində deyil.

“Report” “FT”yə istinadən xəbər verir ki, bu barədə mənbələr bildirir.

Belə ki, cari ilin iyulun 30-da Türkiyə Böyük Millət Məclisində “İnternet mühitindəki yayınların tənzimlənməsi və bu yayınlar vasitəsilə işlənən cinayətlərlə mübarizə haqqında” qanuna ediən dəyişikliyə görə ölkədə 1 milyondan artıq istifadəçisi olan sosial şəbəkələr yerli nümayəndəlik açmalı, habelə türkiyəli istifadəçilərinin şəxsi məlumatlarını yerli serverlərdə saxlamalıdır. Həmçinin müvafiq tələb olduğu təqdirdə hər hansı paylaşım 48 saat ərzində silinməlidir. Bu və digər qaydalar şəxsi həyatın, şərəf və ləyaqətin müdafiəsi zərurətilə əsaslandırılır. Mənbələrə görə “Facebook” həmin tələbləri qəbul etmədiyini bu günlərdə Türkiyə hökumətinə bildirib.

Qeyd olunur ki, mövcud qanunlara əməl etmədiyi halda “Facebook” 5 milyon ABŞ dolları məbləğində cərimələnə, şəbəkənin trafiki ölkə ərazisində 90 faiz ixtisar oluna, həmçinin reklamla bağlı da məhdudiyyətlərlə üzləşə bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 272 06.10.20 20:46