İlham Əliyev Türkiyə prezidentinə və xalqına təşəkkür etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

İlham Əliyev Türkiyə prezidentinə və xalqına təşəkkür etdi

Prezident İlham Əliyev Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğana Azərbaycana dəstəyinə görə məktub göndərib.

Bu barədə AZƏRTAC xəbər verir.

Məktubda bildirilir:

“Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata əl atmışdır. Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Bu təxribat nəticəsində indiyə kimi hərbçilərimiz, 19 mülki şəxs, o cümlədən iki uşaq həlak olmuş, 55 mülki şəxs yaralanmışdır. Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamışdır.

Ermənistan ilk dəfə deyil ki, Azərbaycana qarşı hərbi təxribata əl atır. İyul-avqust aylarında törədilmiş hərbi təxribatlar, Azərbaycanın işğal olunmuş ərazilərində xarici ölkə vətəndaşlarının qeyri-qanuni məskunlaşdırılması Ermənistanın öz təcavüzkar siyasətindən əl çəkmədiyini göstərir. Ermənistan rəhbərliyi “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” kimi bəyanatlarla danışıqlar prosesini mənasız etmişdir.

Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatının ilk saatlarından etibarən qardaş Türkiyə Respublikası bütün səviyyələrdə bu xain təcavüz aktını qətiyyətlə pisləmişdir. Sizin məsələyə dair çox açıq və sərt bəyanatlarınız bir daha Azərbaycanın öz haqq işində yalnız olmadığını göstərmişdir. Türkiyənin müvafiq dövlət qurumlarının rəhbərləri, parlament üzvləri və ictimaiyyət nümayəndələri də məsələyə qəti və birmənalı münasibət bildirmişdilər. Mən hər gün türk qardaşlarımızdan çoxsaylı dəstək məktubları alıram.

Bütün bunlar Azərbaycan-Türkiyə birliyinin növbəti bariz nümunəsidir və Azərbaycan xalqı tərəfindən ən yüksək şəkildə qiymətləndirilir. Bu dəstəyə görə Sizə və qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından təşəkkür edirəm.

Əziz Qardaşım,

Üzvü olduğumuz Türk Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi ilə bağlı sentyabrın 28-də bəyanat qəbul etmişdir. Bu bəyanata görə də Sizə öz minnətdarlığımı bildirirəm.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            636 03.10.20 21:22