Nurlan Həsənov: “Makronun açıqlaması hüququn aliliyi, sülh və ədalət prinsipləri ilə üst-üstə düşmür” » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |    

Nurlan Həsənov: “Makronun açıqlaması hüququn aliliyi, sülh və ədalət prinsipləri ilə üst-üstə düşmür”

Fransa prezidenti Emmanuel Makronun açıqlaması böyük təəssüf hissi yaradır.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov Fransa prezidentinin son günlər Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarla bağlı fikirlərini şərh edərkən deyib.

O bildirib ki, ortada BMT Təhlükəsizlik Şurasının bəyannamələri, hamılıqla tanınan beynəlxalq hüquq norma və prinsipləri var:

“Həmin hüquqi sənədlər isə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və Ermənistanın işğalçı dövlət olduğunu göstərir! O vaxt Fransa bu bəyannamələrin qəbul edilməsinə hətta dəstəyini bildirib! İndi nə dəyişib? Belə çıxır ki, Makron BMT Təhlükəsizlik Şurasının qətnamələrini, yəni ümumiyyətlə bu qurumu artıq heçə sayır! Bu, Fransanın ATƏT-in Minsk qrupunda həmsədr kimi obyektivliyini ciddi və açıq şəkildə sual altına salır!”

Deputat bildirib ki, münaqişənin indiyədək sülh yolu ilə həll edilə bilməməsinin səbəblərindən biri də elə məhz bu kimi qeyri-obyektiv yanaşmalar olub:

“Minsk qrupu indiyədək öz fəaliyyətini beynəlxalq hüquq normaları, hüququn aliliyi prinsipi ilə təşkil edə bilsəydi, münaqişə çoxdan həll olunar, regionda sülh bərqərar olardı! Beynəlxalq hüququ heçə sayan bir qurumdan obyektiv şəkildə sülhü təmin etməsini gözləmək nə dərəcədə doğru olar? Minsk qrupunda həmsədr olan ölkənin prezidenti nə üçün separatçılığı dəstəkləyir?

Makronun bu açıqlaması elə Avropa dəyərlərinə ziddir, hüququn aliliyinə, sülh və ədalət prinsipləri ilə üst-üstə düşmür! Azərbaycan hər zaman sülh arzusunda olub, müharibəni, etnik qarşıdurmanı pisləyib. Azərbaycan sadəcə öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Çətin zamanlarda kim dost, kim düşməndir - daha yaxşı ayıra bilirik! Bu baxımdan qardaş Türkiyənin Azərbaycanın haqq mübarizəsində birmənalı, qarşılıqsız dəstəyini Azərbaycan xalqı heç vaxt unutmayacaq!”скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            758 02.10.20 21:08