Lavrov və Çavuşoğlu Qarabağdakı mövcud vəziyyəti müzakirə edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |    

Lavrov və Çavuşoğlu Qarabağdakı mövcud vəziyyəti müzakirə edib

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu başqa ölkələrdən olan silahlıların Dağlıq Qarabağdakı münaqişəyə qarışmasının yolverilməz olduğunu vurğulayıblar.

TASS Rusiya XİN-ə istinadən xəbər verir ki, bu məsələ iki nazirin telefon danışığında müzakirə olunub.

Nazirlər həmçinin Dağlıq Qarabağ ətrafındakı vəziyyətdən ciddi narahatlıqlarını ifadə edib və hərbi əməliyyatların dayandırılmasının vacibliyini vurğulayıblar.

Hər iki diplomat Bakı və İrəvana siyasi və diplomatik yardımın göstərilməsi baxımından son dərəcə balanslı addımların atılması tələbini qeyd ediblər.

S. Lavrov Türkiyənin xarici işlər naziri ilə söhbətində, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağla bağlı səylərinə diqqət çəkib.

XİN başçıları Qarabağdakı vəziyyətin sabitləşməsi üçün iki ölkənin öz hərəkətlərini birgə koordinasiya etməli olduğunun vacibliyi qeyd ediblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            846 01.10.20 21:37