Gürcüstan XİN: “Azərbaycanla sərhəd danışıqları mütləq davam etdiriləcək” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Gürcüstan XİN: “Azərbaycanla sərhəd danışıqları mütləq davam etdiriləcək”

“Sərhədlərin delimitasiya və demarkasiyası üzrə Azərbaycan-Gürcüstan birgə komissiyası çərçivəsində danışıqlar mütləq davam etdiriləcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Nazir danışıqlar nəticəsində qarşılıqlı məqbul qərarın qəbul ediləcəyinə əminlik ifadə edib.

XİN başçısının sözlərinə görə, azərbaycanlı həmkarı Ceyhun Bayramovla Tbilisidə keçirdiyi birgə mətbuat konfransında Gürcüstanın danışıqları dərhal davam etdirməyə hazırlığına toxunub: “Komissiya tam yenilənib və biz danışıqların yeni mərhələlərinə hazır idik. Lakin pandemiya buna mane oldu. Bununla belə, komissiyada təmsil olunan bütün dövlət qurumları gündəlik olaraq işləyib və təhlillər aparıb”.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            777 30.09.20 22:18