Hansı məktəblərdə tədrisin həftədə beş dəfəyə keçiriləcəyi bilindi - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda


Hansı məktəblərdə tədrisin həftədə beş dəfəyə keçiriləcəyi bilindi - RƏSMİ
“Gündəlik korinavirusa yoluxma statistikasının az olması səbəbindən oktyabrın 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri, Abşeron yarımadasında I-IV siniflərin dərsə gəlməsi həftədə iki gündən üç günə keçiriləcək”.

Bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, dərslərin əyani saatlarının sayında artım olacaq.

“Bölgələrdə şagird sayı 200-dən çoxdursa, onlarda dərslər həftədə üç dəfə, şagird sayı 200-dən azdırsa, ənənəvi formada, yəni həftədə beş dəfə keçiriləcək”, - deyə nazir əlavə edib.
//oxu.azскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          453 30.09.20 17:07