Polad Bülbüloğlu Rusiya XİN-də görüş keçirib - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Polad Bülbüloğlu Rusiya XİN-də görüş keçirib - VİDEO

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyində keçirdiyi görüşdə Azərbaycan və erməni diasporları arasındakı münaqişələrin qarşısının alınması məsələsini müzakirə etdiyini bildirib.

TASS agentliyi xəbər verir ki, P. Bülbüloğlu bu barədə jurnalistlərə açıqlama verib.

“Biz Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Rusiya daxili işlər nazirinin müavini Aleksandr Qorovla görüşdük. Bilirəm ki, bu gün onlar mənim erməni həmkarlarımla da görüşüblər. Məni dəvət edərək Rusiyada yaşayan və bizim əlaqədə olduğumuz diaspor nümayəndələri ilə iş aparmağımızı istədilər. İnzibati orqanların xahişi Dağlıq Qarabağdakı münaqişənin alovlanması ilə əlaqədar iyul ayında baş verən hadisələrin təkrarlanmaması ilə əlaqədar idi”, deyə azərbaycanlı diplomat bildirib.

P. Bülbüloğlu Rusiya tərəfinin xəbərdarlığını anlayışla qəbul etdiklərini və bunun doğru olduğunu qeyd edib: “Təbii olaraq, Rusiya ərazisində əvvəl baş vermiş konfliktlərin təkrarlanmaması üçün əlimizdən gələn hər şeyi etməyə çalışacağıq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 036 29.09.20 21:38