Vladislav Şurıgin: “Azərbaycan Ermənistandan qat-qat yaxşı hazırlaşıb” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

Vladislav Şurıgin: “Azərbaycan Ermənistandan qat-qat yaxşı hazırlaşıb”

Azərbaycanın işğal edilmiş ərazilərinin bütün təmas xətti boyunca Azərbaycan ordusunun əks-hücumu artıq üçüncü gündür davam edir. Bəzi analitiklərin fikrincə, Azərbaycan Silahlı Qüvvələri erməni ordusunun hərbi infrastrukturunu məhv etmək taktikasından istifadə edir.

Rusiyalı hərbi ekspert, publisist, İzbor Klubunun daimi üzvü Vladislav Şurıgin “Media.Az”la söhbətində qeyd edib ki, indi döyüş əməliyyatlarının eskalasiyası gedir:

“Görünür, Azərbaycan indiki döyüş əməliyyatlarına Ermənistandan qat-qat yaxşı hazırlaşıb. İndiki əməliyyat şahmat kombinasiyası kimidir. Bir daha təkrar edirəm ki, Ermənistan tərəfi Azərbaycan ordusunun belə ciddi şəkildə hücuma keçəcəyinə hazır deyildi”.
Həmsöhbətimiz Azərbaycan ordusunun elə ilk gündə istiqamətdən asılı olaraq 2-10 kilometr irəlilədiyini göstərib.

“İndi haradasa döyüşlər gedir və bunları mövqe döyüşləri adlandırmaq olar. İndi məsələ bundadır: mövcud nəticələri möhkəmləndirmək, yaxud hərbi əməliyyatları genişləndirmək.

- İndiki döyüş əməliyyatları Yerevanın imtina etdiyi sülh danışıqlarının zəruri olduğunu Ermənistanın başa düşməsinə rəvac verə bilərmi?

- Əgər Azərbaycan real nəticə nümayiş etdirsə, Ermənistanı yeni siyasi reallıq qarşısında qoya bilər.

Bu da yalnız itkilərin miqyası başa düşüləcəyi təqdirdə və müəyyən hərbi-siyasi nəticə çıxarılacağı təqdirdə baş verə bilər. İndi (Ermənistanda-red.) daxildə hərbiləşdirmə, itirilənləri geri qaytarmaq cəhdləri olacaq, lakin vəziyyətin getdikcə ağırlaşması Ermənistan rəhbərliyini ciddi narahat etməyə başlayacaq. İrəvanda Ermənistanın döyüş potensialının Azərbaycanın döyüş potensialı ilə müqayisəyə gəlmədiyini və ondan xeyli zəif olduğunu başa düşürlər. Xüsusən də Qarabağ ərazisində. Bu aydındır. Təkcə ruh yüksəkliyi ilə döyüşmək olmaz, o vaxtlar çoxdan geridə qaldı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 213 29.09.20 19:53