Prezident İlham Əliyev Ərdoğana təşəkkür edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |    

Prezident İlham Əliyev Ərdoğana təşəkkür edib

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının Prezidenti, əziz qardaşı cənab Rəcəb Tayyib Ərdoğana "Tarix, Siyasət ve Ölkələrarası Münasibətlər baxımından Beynəlxalq Dəniz Hüququ və Şərqi Aralıq Dənizi Simpoziumu"nda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi fikirlərə görə öz təşəkkürünü bildirir. Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatının ilk saatlarından etibarən hörmətli cənab Prezident başda olmaqla qardaş Türkiyə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü qətiyyətlə pisləmiş və özünün birmənalı dəstəyini göstərmişdir. Azərbaycan xalqı bu dəstəyi yüksək qiymətləndirir".

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Tovuz hadisələri zamanı da Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını ilk dəqiqələrdən ən qəti şəkildə pisləyən ölkə Türkiyə Respublikası olub: "Prezident İlham Əliyev Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğunu qeyd edib. Azərbaycan və Türkiyə “Bir millət iki dövlət” prinsipinə uyğun olaraq bütün məsələlərdə həmrəylik nümayiş etdirir və daim bir-birini tərəddüdsüz dəstəkləyir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            597 28.09.20 20:09