“Charlie Hebdo”nun keçmiş binasının yaxınlığındakı hücumun səbəbi açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda


“Charlie Hebdo”nun keçmiş binasının yaxınlığındakı hücumun səbəbi açıqlandı
Fransanın paytaxtı Parisdə insanlara silahlı hücumun səbəbləri məlum olub.

“Liberation” xəbər verir ki, “Charlie Hebdo”nun keçmiş binasının yaxınlığında insanlara silahlı hücumda şübhəli bilinənlərdən biri bunun səbəbini deyib.

Həmin şəxs etirafında bildirib ki, Məhəmməd peyğəmbərlə bağlı köhnə karikaturanın təkrar nəşr edilməsi onu cinayətə sövq edib.

Qeyd edilir ki, Fransa hökuməti 25 sentyabr hadisəsini terror kimi qəbul etdiyini bildirib.

Xatırladaq ki, dünən Parisdə “Charlie Hebdo”nun keçmiş binasının yaxınlığında iki kişinin piyadalara maçete ilə hücumu nəticəsində dörd nəfər yaralanıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          336 26.09.20 22:04