Masazırda yaşayış binasında yanğın olub » Median.Az - Bütün xəbərlər bir ünvanda


Masazırda yaşayış binasında yanğın olub
Abşeron rayonunun Masazır qəsəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 57 kvm olan mənzilin mətbəxində mebel 8 kvm sahədə qismən yanıb.

Yüksək temperaturdan mətbəxin plastikdən ibarət pəncərə çərçivəsi və lambirindən ibarət tavanı 8 kvm sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          342 26.09.20 19:59