Ölkəyə tapança keçirmək istədilər - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:54 Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş ratifikasiya olub  |     11:51 Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ  |     11:50 Qırğızıstan prezidenti Ağdama gedəcək  |     11:48 Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib  |     11:26 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |     20:29 Bu il qar ehtiyatı çoxillik normadan az olub  |     20:20 Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq  |     20:13 Sabah yağış yağacaq, külək əsəcək  |     20:06 Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək  |     19:58 Xavi 84 ildən sonra "Barselona"da antirekordu təkrarlayıb  |    

Ölkəyə tapança keçirmək istədilər - FOTO

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında “Samur” gömrük postunun idxal nəzarət xəttinə daxil olan “MAN” markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin kabininin müxtəlif yerlərində gömrük nəzarətindən gizlədilən, iki ədəd “iPhone 11” markalı mobil telefon, gömrük orqanına bəyan edilməyən, qaz balonu ilə birlikdə üzərində “ПМ49 CAL 177 4.5 mm” yazısı olan bir ədəd qaz tapançası, 45 ədəd yaddaş diski, üzərlərində “Borner” yazısı olan yeddi ədəd qaz balonu, bir ədəd tapança darağı və üzərində “Borner Premium” yazısı olan plastik qabda 500 ədəd tapança kürəcikləri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 086 26.09.20 18:20