“Amrahbank”ın keçmiş sahibinin qaynının qatili müşahidə kameralarına düşüb – TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |    

“Amrahbank”ın keçmiş sahibinin qaynının qatili müşahidə kameralarına düşüb – TƏFƏRRÜAT

Sentyabrın 24-də Bakının Nərimanov rayonunda öldürülən Tahir Tağıyevin (1948-ci il təvəllüdlü) qətli üzrə yaradılan əməliyyat-istintaq qrupunda cinayətkarın öz qurbanını gözləyərək uzun müddət pusquda oturduğunu göstərən videogörüntülər var.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.

T.Tağıyevin yaşadığı binanın blokunda quraşdırılmış videomüşahidə kamerası orta boylu, təxminən 30-40 yaşlı tibbi maska taxan şəxsin qurbanının arxasınca binaya daxil olduğunu göstərib. T.Tağıyev liftdən düşərək evinin qapısını açarla açanda qatil onu mənzilə itələyib və üç bıçaq zərbəsi endirib, həmçinin boğazını kəsib.

Xatırladaq ki, qətl cümə axşamı İbrahimpaşa Dadaşov küçəsi 57A ünvanında törədilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Üstəlik cinayətkar qətli törətdikdən sonra rayon ərazisində quraşdırılmış müşahidə kameralarında da görünməyə imkan tapıb. Bir sıra məlumatlara əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarın şəxsiyyətini müəyyənləşdirmək üçün kifayət qədər məlumata sahibdirlər.

Cinayətin motivinə gəlincə, müxtəlif versiyalar üzərində düşünülür, bunlardan biri törədilmiş qətl hadisəsinin T.Tağıyevin fəaliyyət sahəsilə əlaqəli olmasıdır.

Mərhumun təqaüddə olan polis polkovniki olduğu məlumdur. Keçmişdə Nərimanov və Binəqədi rayonlarının polis idarələrində çalışıb.

Təqaüdə çıxdıqdan sonra yeznəsi Yunis İldırımzadənin ailəsinə məxsus olan, bu ilin aprel ayının sonunda ləğv olunan “Amrahbank”a işə düzəlib. Yunis İldırımzadə Xətai rayonunun keçmiş, tanınmış prokuroru Yusif İldırımzadənin qardaşıdır.

Qeyd edək ki, “Amrahbank” işində bu ilin iyul ayında aparılan yoxlamalar nəticəsində Yunis İldırımzadənin oğlu - bu maliyyə-kredit təşkilatının Müşahidə Şurasının sədri vəzifəsini tutan Ülvi saxlanılmışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 539 26.09.20 16:46