Bakıda karantin qaydalarına əməl etməyən restoran aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda karantin qaydalarına əməl etməyən restoran aşkarlandı
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkar edilib.

Bununla bağlı Daxili işlər Nazirliyi məlumat yayıb.

Ş.Kamilov küçəsində yerləşən “Olympus PUB” restoranında sanitar-epidemioloji qaydaları pozan üç işçi və beş müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunub.

Sahibkarlıq obyektinin rəhbəri, xidmət personalı və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          318 26.09.20 16:27