Koronavirus beyin xərçəngi yarada bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda


Koronavirus beyin xərçəngi yarada bilər
Koronavirus beyin şişinə səbəb ola və ya xəstəlik mövcuddursa, onun inkişafını sürətləndirə bilər.

“İzvestiya”nın məlumatına görə, Bezmalem Vakıf Universitetinin türkiyəli alimləri belə bir qənaətlə çıxış ediblər.

Belə ki, SARS-Cov-2 səthində xaricdən tikana bənzəyən zülal var. Bu tikanlar virusun hüceyrəsinin reseptoruna yapışmasına şərait yaradan “tac” əmələ gətirir. Molekullar bu tacın köməyi ilə onkoloji xəstəliyin inkişafına səbəb olan sinir toxumalarına yapışırlar.

Alimlər bu mümkünlüyü kompüter modelləşdirməsindən istifadə edərək sübut ediblər.

Rusiyalı mütəxəssislər nəzəriyyəyə şübhə ilə yanaşsalar da, virusların həqiqətən də şişlərin ortaya çıxmasına səbəb ola biləcəyini nəzərə alaraq, bunun daha çox araşdırma tələb etdiyini bildiriblər.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          165 26.09.20 14:13