Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər seçiləcək.
Bununla bağlı “Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” 2020-ci il 24 aprel tarixli qərarında dəyişiklik edilməsi gözlənilir.
Dəyişikliyə əsasən, Fatma Yıldırımın Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası dostluq qrupuna rəhbər gətirilməsi Milli Məclisin sentyabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
O, bu vəzifədə mərhum deputat Fəttah Heydərovu əvəz edəcək.