Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ona təqdim edilən mürəbbənin dadına baxmaqdan imtina edib.
“Haberler”in məlumatına görə, maraqlı olay AKP-nin Mərkəzi Qərargah Şurasının iclasında yaşanıb.
Belə ki, üzvlərdən biri Ərdoğana bibər mürəbbəsi gətirib. Ərdoğan təəccübünü gizlədə bilməyərək “Bibər mürəbbəsini ilk dəfədir eşidirəm. O necə olur?” deyib.
Təam haqqında məlumat alan Ərdoğan “mən mürəbbə yeyə bilmirəm” deyərək onu dadmaqdan imtina edib.