“TikTok” Rusiyanın tələbi ilə 250 videonu sildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:32 Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |    

“TikTok” Rusiyanın tələbi ilə 250 videonu sildi

“TikTok” rəhbərliyi Rusiya səlahiyyətlilərinin istəyi ilə təxminən 250 videonu silib.

CNBC bu barədə “TikTok”un Avropadakı dövlət orqanları ilə əlaqələr üzrə direktoru Teo Bertrama istinadla xəbər yayır.

Onun sözlərinə görə, 1 yanvar - 30 iyul tarixləri arasında “TikTok” müxtəlif ölkə hökumətləri və hüquq-mühafizə orqanlarının tələbi ilə 500-ə yaxın videonu silib.

Bunların təxminən yarısı “LGBT cəmiyyətini diskriminasiya edən bir ölkə kimi nüfuza sahib olan” Rusiya səlahiyyətlilərinin istəyi ilə silinib.

“Rusiya qanunları qorxuncdur... Təəssüf ki, işlədiyimiz ölkənin tələblərinə əməl etməliyik”, - deyə Bertram qeyd edib.

“TikTok”un top meneceri etiraf edib ki, xidmət Rusiya rəhbərliyinin istəyi ilə LGBT məzmunu olan videoları silib.

“TikTok”un Rusiya nümayəndəliyi isə dövlət qurumlarının tələbi ilə Rusiyada 296 videonun silindiyini bildirib. Nümayəndəlikdən qeyd edilib ki, sözügedən videoların LGBT ilə heç bir əlaqəsi olmayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            474 24.09.20 15:03